"İnanıram ki, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu, onların partiyaları AMİP-in onlara verdiyi təklifi layiqli dəyərləndirəcəklər və Milli Şuranın artıq heç bir işə yaramadığını anlayıb təklifimizə ağıllı cavab verəcəklər". Bu fikirləri SİA-ya açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib.Partiya fuksioneri, həmçinin, qeyd edib ki, Milli Şura artıq heç bir işə yaramır və bitib, tükənib: "Milli Şuranın acınacaqlı durumu göz önündədir. Bu qurum artıq bitib, tükənib. Heç bir fəaliyyəti yoxdur. Bunu görüb anlayanlar gələcəkləri üçün doğru qərarlar qəbul etməlidirlər".Qeyd edək ki, AMİP-in təşəbbüsü ilə bir müddət bundan öncə Demokratik Qüvvələr Birliyi (DQB) adlı qurum yaradılmış və həmin quruma hazırda Milli Şurada təmsil olunan Sülhəddin Əkbərin və Mirmahmud Mirəlioğlunun partiyaları da üzv olublar. AMİP tərəfi isə partiyaların eyni zamanda iki siyasi qurumda təmsil olunmasını düzgün saymadığı qənaətindədir.
sia.az