PDF Oxu

Müxalifət

  • 17

Gülağa Aslanlı: “Mənim iştirakımla bu mövzuda müzakirələr aparılmayıb”

Gülağa Aslanlı: “Mənim iştirakımla bu mövzuda müzakirələr aparılmayıb”

"Müsavat Partiyasının müxalifət daxilində hansısa yeni birlik yaratması fikrinin, düşüncəsinin olması mənə məlum deyil. Bu barədə mənim iştirakımla heç bir müzakirələr aparılmayıb". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı son günlər mətbuatda yayılan Müsavat Partiyasının müxalifət daxilində yeni birlik yaratması haqqında informasiyalara münasibətini bildirərkən söyləyib.Gülağa Aslanlı belə bir planın olmasından xəbərsiz olduğunu bildirməklə yanaşı, qeyd edib ki, yəqin ki, belə bir müzakirələr olarsa, təmsil olunduğu partiya onu da bu müzakirələrdə iştirak etmək üçün iclasa dəvət edəcək: "Əgər belə bir plan olarsa, bununla bağlı müzakirələrdə iştirak etmək üçün partiya iclasına məni də dəvət edərlər".Xatırladaq ki, mətbuatda Müsavat Partiyasının bələdiyyə və parlament seçkiləri öncəsi Azərbaycan Milli Demokrat Partiyası (AMDP) və Azərbaycan Xalq Partiyası (AXP) ilə birgə koalisiya yaradacaqları barədə informasiyalar yer almaqdadır.

sia.az

Digər xəbərlər