PDF Oxu

Müxalifət

  • 12

Fərid Şahbazlı: “Müxalifət "təşkilat-təşkilat" oyunu oynayır”

Fərid Şahbazlı: “Müxalifət "təşkilat-təşkilat" oyunu oynayır”

"Hesab edirəm ki, müxalifət düşərgəsində yaradılan bir sıra qurumlar radikal müxalifətin "təşkilat-təşkilat" oyunundan başqa bir şey deyil". Bu fikirləri SİA-ya İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı radikal müxalifət düşərgəsində yaradılan "gənclər qurumlarına" və onların fəaliyyətlərinə münasibətini açıqlayarkən qeyd edib.İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan gəncliyi sağlam düşünən, prosesləri dəqiq analiz edib obyektiv nəticələr çıxaran bir mərhələdədir və bu mənada etimad limiti tükənmiş qüvvələrin gənclərlə bağlı hər hansı planları reallaşa bilməz: "Azərbaycan gəncliyinin mütləq əksəriyyətionin qəti və prinspial mövqeyi var. Gəncliyimiz Cənab Prezident İlham Əliyevin rəbbəliyi altında həyata keçirilən islahatları dəstəkləyir və onların davamlı olmasını arzu edir".

sia.az

Digər xəbərlər