PDF Oxu

Müxalifət

  • 7

Əhməd Oruc: “Milli Şuranı bəyənməyənlər yavaş-yavaş aradan çıxmağa başlayıb”

Əhməd Oruc: “Milli Şuranı bəyənməyənlər yavaş-yavaş aradan çıxmağa başlayıb”

"Bütün gücünü səfərbər edərək Milli Şuranı qoruyub saxlamağa çalışan Əli Kərimlinin xarici təşkilatlardan bu qurumu dağıtmaq və onun yerinə yeni qurum yaratmaq təlimatı inandırıcı deyil". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc AXCP sədrinin Milli Şuranın fəaliyyətinə xitam verərək, onun yerinə yeni qurum yaratması ehtimallarına münasibətini bildirərkən deyib.Əhməd Orucun fikrincə, Milli Şuranı yaradan partiyaların əksəriyyətinin qurumu tərk etməsinə baxmayaraq onlar bu qurumu saxlamaqda israrlıdırlar: "Milli Şuranın Rusiya yönümlü bir qurum olduğu hər kəsə bəllidir. Ona görə də hansısa başqa ölkələrin onun zəifləməsində o qədər də maraqlı deyillər. Milli Şura ideyasının iflasa uğradığı bəllidir. Əsas ideoloqlar oranı tərk ediblər. Qalan partiya və təşkilatların isə hələ də orada qalmasına səbəb Milli Şura oyununun xoşlarına gəlməsidir. Onlar bir müddət də bu oyunu davam etdirmək istəyirlər. Hətta 2015-ci ilə qədər çəkib aparmaq fikirləri də var"."Praqmatik düşüncə sahibləri başa düşürlər ki, bununla 2015-ci ildə deyil, heç 2025-ci ildə də heç nəyə nail ola bilməzlər" - deyə bildirən "Azadlıq" Partiyasının sədri qeyd etdi ki, məhz ona görə Milli Şurada olmaq istəməyənlərin yavaş-yavaş aradan çıxmağa üstünlük verdiklərini bildirdi: "Oraya yığışanlar "Milyarderlər İttifaqı" projesinə görə Rusiyanın qaranlıq dairələrinin Azərbaycanda hakimiyyət dəyişikliyinə maraqlı olduğuna görə yığışmışdılar. O dalğada nəyəsə nail ola bilmədikləri üçün hərə bir bəhanə ilə Şuranı tərk edir".

sia.az

Digər xəbərlər