PDF Oxu

Müxalifət

  • 5

Əflan İbrahimov: “Eldəniz Quliyev İsa Qəmbər və Əli Kərimli kimilərə baş qoşmaqla səhv etdiyi bilir”

Əflan İbrahimov: “Eldəniz Quliyev İsa Qəmbər və Əli Kərimli kimilərə baş qoşmaqla səhv etdiyi bilir”

"Eldəniz Quliyev İsa Qəmbər və Əli Kərimli kimilərə baş qoşmaqla səhv etdiyi bilir. Atalar demişkən, "kor-kor, gör-gör", müxalifətdəki qırğınlar göz qabağındadır. Eldəniz Quliyev müxalifətdə baş verən biabırçı olayları gizlətməklə deyil ki. Onun "El" Hərəkatı ilə bağlı planları da baş tutmayacaq. O hansı zibilin içinə düşdüyünü bilir". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.

Eldəniz Quliyevin "El" Hərəkatını partiya kimi göstərərək, onu gələcəkdə "ana müxalifət" partiyası kimi təqdim etmək niyyətini şərh edən Əflan İbrahimov qeyd edib ki, yaxın müddətə Eldar Namazovla Eldəniz Quliyevin də yolları ayrılacaq: "Onlar qəsdən elə görüntü yaradırlar ki, guya birdirlər. Əslində hər iki şəxs arasında o qədər ciddi konfliktlər var ki, yaxın gələcəkdə onların da bir-birlərinə qarşı qarşılıqlı ittihamlarının şahidi olacaqsınız".

sia.az

Digər xəbərlər