PDF Oxu

Müxalifət

  • 13

Əvəz Temirxan: “Fuad Qəhrəmanlının bu fikirləri kimə ünvanladığı bəllidir”

Əvəz Temirxan: “Fuad Qəhrəmanlının bu fikirləri kimə ünvanladığı bəllidir”

"Fuad Qəhrəmanlı ad çəkməsə də bu sözlərin, fikirlərin hansı partiyaya ünvanlandığı açıq-aşkar bəllidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Real müxalif qüvvələri yalnız Milli Şurada təmsil olunur" fikrinə münasibət bildirərkən söyləyib.Əvəz Temirxan, həmçinin qeyd edib ki, kimin müxalifət olması və ya olmaması məsələsi aydındır: "Fuad Qəhrəmanlının bu fikirləri güman edirəm ki, ALP-yə ünvanlanmayıb. Onların hazırda aralarında kritik durum yaşanan partiyaya ünvanlanıb. Həm də real müxalifət qüvvəsinin hansı partiyalar olması da bəlli məsələdir".Qeyd edək ki, ALP-də Milli Şura da təmsil olunmur.

sia.az

Digər xəbərlər