PDF Oxu

Müxalifət

  • 13

Mustafa Hacıbəyli: “AXCP rəhbərliyinin işi-gücü yoxdur”

Mustafa Hacıbəyli: “AXCP rəhbərliyinin işi-gücü yoxdur”

"Fuad Qəhrəmanlı bu fikirləri ilə yenə Müsavat Partiyasına qarşı mənfi təbliğat aparır. Bu cümlələri əks-təbliğatın tərkib hissəsi kimi qəbul etmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Real müxalif qüvvələr yalnız Milli Şurada təmsil olunur" fikrinə münasibət bildirərkən söyləyib.Mustafa Hacıbəyli qeyd edib ki, AXCP rəhbərliyinin onsuzda ayrı işi yoxdur: "Onların işləri-gücləri yoxdur. Bircə işləri var ki, Müsavata qarşı çirkin təbliğat aparsınlar və aparırlar".Qeyd edək ki, Müsavat və AXCP arasında gərgin münasibət kəskin şəkildə davam edir.

sia.az

Digər xəbərlər