PDF Oxu

Müxalifət

  • 10

Eynulla Fətullayev: “Xədicə ancaq şəxsi münaqişədə olduğu adamların adını verib”

Eynulla Fətullayev: “Xədicə ancaq şəxsi münaqişədə olduğu adamların adını verib”

"Xədicə İsmayılın tərtib edib ABŞ-nın senatının əməkdaşlarına təqdim etdiyi siyahı onu sübut edir ki, o adamlar birbaşa ABŞ-ın kəşfiyyat orqanlarına xidmət edirlər, onların casuslarıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist araşdırmaçı Eynulla Fətullayev "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın bir sıra müxalifət rəsmilərinin və hüquq müdafiəçilərinin adları olan hesabata münasibətini açıqlayarkən qeyd edib."Xədicə İsmayıl çağırış edib ki, ABŞ Azərbaycan höküməti ilə "əməkdaşlıq edən şəxslərlə" münasibətlərə son qoysun, ümumiyyətlə heç bir əməkdaşlıq etməsin" - deyən Eynulla Fətullayev onu da qeyd edib ki, burada mübahisəli məqamlar var: "Düşünmürəm ki, bu həqiqətə uyğun olan bir siyahıdır. Onun mənim adımı ləkələməyə cəhd etməsi onun göstəricisidir ki, Xədicə ancaq şəxsi münaqişədə olduğu adamların adını verib. O bununla bir qisasçılıq missiyası yerinə yetirir. Onun "Eynulla bəy məgər masanın altında olub?" fikri onu deməyə əsas verir ki, o həqiqətən də belə bir görüş keçirib".

sia.az

Digər xəbərlər