"Əli Əliyev nə deyir desin. Onun hər dediyinə cavab verəsi deyiləm ki". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyevin "Eldəniz Quliyev dediyi hər sözə görə cavab verməlidir" fikrinə münasibət bildirərkən söyləyib.Eldəniz Quliyev qeyd edib ki, əslində, o özü Əli Əliyevi və müavinini məhkəməyə verməli idi: "Bir daha bildirirəm ki, onlar məni yox, mən onları məhkəməyə verməli idim. Çünki təhqir olunan mənəm və bununla bağlı əlimdə çox sayda faktlar mövcuddur".Qeyd edək ki, Əli Əliyev artıq Eldəniz Quliyevlə bağlı hazırlamış olduğu ərizəni məhkəməyə təqdim edib və məsələ ilə bağlı araşdırmalara başlanılıb.Xatırladaq ki, "El" rəsmisi ilə VİP sədri arasında yaşanan qalmaqal təhqir səviyyəsinə qədər yetişib və tərəflər arasında ciddi qarşıdurma yaşanmaqdadır.
sia.az