"Bu təzə məsələ deyil ki. Xədicə İsmayılın casus olmasından, dövlətimiz haqqında mənfi imic yaratmaq istiqamətində atdığı addımlardan, müxtəlif xarici dairələrə dezinformasiyalar ötürməsindən hər kəs xəbərdardır. O siyahıda Eldar Namazovla bağlı olanlar həqiqətdir, Eldar sovet vaxtından onun-bunun qucağında oturub".Xədicə İsmayılın ABŞ kəşfiyyat orqanlarına göndərdiyi "donos"a münasibət bildirən "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında deyib.
O bildirib ki, müxalifətin bütün funsionerlərinin hərəsi bir yerə işləyir, özü də xaricdən kifayət qədər pul alırlar: "Belə olmasa idi, onların bahalı maşınları, zəngin ofisləri, mühafizəçiləri, villaları necə olardı? Baxın, o siyahıda Əli Kərimlinin adı yoxdur. Niyə? Ona görə ki, Xədicənin siyahısı elə Əli Kərimlinin diqtəsi altında hazırlanıb".
sia.az