"Gənclər Təşkilatına keçirilən sədr seçimindən sonra Müsavat Partiyası daxilində gənclərin bir-birlərinə qarşı çıxmasına baxmayaraq məni dəstəkləyən və ya dəstəkləməyən gənclərdən ibarət bir qruplaşmanın olması barədə məndə məlumat yoxdur. Lakin mənə qarşı hansısa bir qruplaşma olarsa onlara adekvat cavab veriləcək". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı söyləyib.Tural Abbaslı qeyd edib ki, Müsavat Partiyasının qurultayında başqanlığa namizədliyini irəli sürəcək və buna iddialıdıır: "Mən təmsil olunduğum partiyanın qurultayında başqanlığa öz namizədliyimi irəli sürəcəyəm. Bu fikirdə olduğumu artıq partiya daxilində bilirlər. Partiya daxilində başqanlıq üçün mübarizə aparıla bilər. Bu mübarizədə əgər mənə qarşı hansısa qruplaşma yaranarsa, mən də öz qruplaşmamla onlara cavab verəcəyəm".Qeyd edək ki, Müsavat Partiyası Gənclər Təşkilatında son günlər ciddi qarşıdurmalar yaşanır və ayrı-ayrı qruplar tərəfindən qurumun yenidən formalaşdırılması tələbi irəli sürülür.
sia.az