Niyaməddin Orduxanlı: "Xədicə İsmayılova bütün müxalifət nümayəndələrini gözdən salaraq yalnız Əli Kərimlinin imicinin qalxmasına xidmət edir"
"Məndə olan məlumata görə, Xədicə İsmayılla Əli Kərimlinin qohumluq əlaqələri var. Belə bir faktın olduğu dəqiqdir. Elçibəyin vaxtında Xədicə İsmayıl Əli Kərimlinin gizli yaratdığı təşkilatın da üzvü idi". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı söyləyib.Niyaməddin Orduxanlı qeyd edib ki, Xədicə İsmayılın "casus siyahısı" kimi təqdim etdiyi sənədlərin bir məqsədi var: "Xədicə İsmayıl bütün müxalifət nümayəndələrini gözdən salaraq yalnız Əli Kərimlinin imicinin qalxmasına, yalnız ona inanılmasına xidmət edir. O, çalışır ki, digərləri gözdən düşsün və yalnız Əli Kərimlinin müsbət imici formlaşşın, yaransın. Mən belə düşünürəm ki, məhz bu məqsədlə Xədicə İsmayıl nə istəsə edər".Xatırladaq ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıla Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb və araşdırma aparılır.
sia.az