"Yaradılan hər hansı bir qruplaşma ancaq özünə ziyan vura bilər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli başqanlığa iddialıların qrup halında bir-birlərinə qarşı mübarizə aparmalarına münasibətini açıqlayarkən bildirdi.Müsavat rəsmisi bildirdi ki, qruplaşma yaradaraq başqanlıq uğrunda mübarizə aparanlardan və fəaliyyətlərinə kölgə salanlardan fərqli olaraq Arif Hacılı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri kimi bu istiqamətdə düşünülmüş rəqabət aparacaq: "Arif Hacılı təcrübəli bir siyasətçi kimi karyerasına kölgə salacaq bir addım atmaz".Qeyd edək ki, Müsavat Partiyasında başqanlığa namizədlər arasında fikir ayrılıqları var və iddialılar onlara qarşı atılacaq hər hansı bir addıma görə adekvat addım atacaqlarını istisna etmirlər. Xatırladaq ki, Mustafa Hacıbəyli Arif Hacılının qardaşıdır.
sia.az