"Milli Şurada Koordinasiya Şurasının adının dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılması bir daha sübut edir ki, onlar iclaslarında da heç bir ciddi işlə məşğul olmurlar. Hər dəfə üç-beş adam toplaşıb boş-boş danışıb dağılışırlar. Adını da qoyurlar Milli Şuranın sessiyası". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.Hafiz Hacıyev qeyd edib ki, Milli Şurada istənilən formada ad dəyişdirilsə də, dəfələrlə sessiya keçirilsə də, onlar heç nəyə nail ola bilməzlər: "Milli Şuranın adını dəyişib Həsənov Cəmil şurası və ya Kərimov Əli şurası qoysalar da onlar heç bir uğur əldə edə bilməzlər. Bu Milli Şurada onsuz da heç kim qalmayıb, hamısı istefa verib. Qalanlar da yalnız AXCP üzvləridir. Bunun harası Milli Şuradır?!".Qeyd edək ki, Milli Şuranın dünən keçirilmiş sessiyasında Koordinasiya Şurasının adı dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılıb.
sia.az