PDF Oxu

Müxalifət

  • 12

Sadə insanların kürəyindən pul çıxaranlar

Sadə insanların kürəyindən pul çıxaranlar

Yaxud Leyla Yunus Ermənistanı "xilas etmək" üçün plan icraçısına çevrilib

Bu gün dövlətimizin sürətlə inkişaf etməsi, insan amilinin dövlət siyasətinin prioriteti olması, vətəndaşların sosial rifah halının yüksəlməsi və s. istiqamətlərdə görülən işlər Azərbaycanın nəinki regionun, hətta Avropanın yüksək rifah ölkəsi olması haqqında fikirləri doğruldur. Ölkəmizdə bütün sosial-iqtisadi infrastruktur işləri sürətlə reallaşdırılır, insanları narahat edən problemlər aradan qaldırılır. Bununla yanaşı, dövlət insanları narahat edən sosial məsələlərlə də əlaqədar qərarlar qəbul edir və vətəndaşların məmnun yaşaması üçün lazımi şəraiti yaradır. Elə Prezident İlham Əliyevin mütəmadi olaraq, sosial vəziyyəti aşağı olan və kommunal xərcləri ödəyə bilməyən vətəndaşların borclarını silməsi, həmçinin, sovet dönəmində banklarda qalmış əmanətlərin qəpiyinə qədər qaytarılması sözügedən tədbirlər sırasındadır. Eyni zamanda, Bakı şəhərinin abadlaşdırılması və quruculuq işlərinin genişləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində də sosial normalar gözlənilir və vətəndaşların maraqları nəzərə alınır. Bu, özünü daha çox dövlət və ictimai əhəmiyyətli obyektlərin tikintisi zamanı insanların köçürülməsi zamanı daha qabarıq göstərir. Yəni insanların sökülən evləri əvəzində ya qaneedici kompensasiya, ya da yaşayış evi verilir. Görünən odur ki, müasir və demokratik Azərbaycanda vətəndaşların bütün hüquqlaları qorunur və müdafiə edilir. Məhz dövlət özü vətəndaşların hüquqularının təmin olunmasının təminatçısı, zəmanətçisi rolunda çıxış edir. Lakin bəzi hallarda Azərbaycanda gedən inkişafı və ictimai tarazlıq mühitində hakimiyyətlə xalq arasındakı ünsiyyəti həzm edə bilməyən anti-milli qüvvələr "qaşınmayan yerdən qan çıxarmağa çalışırlar". Yəni olmayan bir məsələni xarici qüvvələr vasitəsilə şişirtməyə və Azərbaycanın demokratik imicinə zərbə vurmağa çalışırlar. Həmin anti-milli ünsürlərin birinin qismində Leyla Yunus çıxış edir.

Saxta hüquq müdafiəçiliyilə onsuz da cəmiyyətdə hörmətsizin birisinə çevrilmiş Leyla Yunus xaricdən aldığı direktivlərlə ictimai fikri çaşdırmağa və Azərbaycan haqqında mənfi rəy yaratmağa cəhd edir. Belə ki, Bakı şəhərinin mərkəzində "Sovetski" adlanan ərazidə böyük bir xiyabanın salınması üçün orada məskunlaşmış sakinlərlə razılıq işləri aparılır. Artıq demək olar ki, sakinlərin böyük əksəriyyətilə razılaşmalar olub, qalıb bir qism vətəndaşlar. Bu işlə əlaqədar isə Yasamal rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb. Amma bəlli səbəbdən Leyla Yunus yalnış məlumatlarla ictimai fikri çaşdırmağa çalışır və dövlətlə vətəndaşlar arasında narazılıq yaratmağa səy göstərir. Burada əlbəttə ki, problemin olmadığı təqdirdə kimlərin Azərbaycanda sosial narazılığın yaranmasında maraqlı olmasını təxmin etmək də çətin deyil. Yəni əsas məsələ odur ki, Leyla Yunusu kimlər idarə edir?

Aydındır ki, bu gün Azərbaycandan dəfələrlə zəif olan Ermənistanda sosial problemlər həddindən artıqdır. Azərbaycanla müharibə vəziyyətində olması və torpaqları boşaltmağa razı olmaması nəticəsində Yerevanın bütün regional layihələrdən kənarda qalmasına və ciddi sosial-iqtisadi sarsıntı keçirməsinə səbəb olub. Bu da təbii ki, insanların gündəlik həyatında özünü göstərməyə başlayıb. Ona görədir ki, il ərzində Ermənistanı 60-100 min insan daimi olaraq tərk edir. Bu səbəbdəndir ki, Yerevanda ardı-arası kəsilməyən etirazlar və aksiyalar baş verir. Ermənistan rəhbərliyi isə bu etirazlardan yalnız manipulyasiya vasitəsilə qurtara biləcəklərini düşündüklərindən həm cəbhə xəttində müharibə ssenarisi yaradır, həm də Leyla Yunus kimilətin haqqını verməklə Bakıda sosial narazılıq görüntüsü formalaşdırmağa cəhd göstərir. Yəni erməni lobbisinin dəstəyilə Leyla Yunus guya "Azərbaycanda insanların mülkiyyət hüququ pozulur" görüntüsünü yaratmaqla Yerevandakı aksiyalara "sərin su səpmək" fikrindədir. Sual oluna bilər ki, Leyla Yunus nə üçün Ermənistanı bu qədər müdafiə edir? Cavab olaraq, deyilməlidir ki, o, həqiqi mənada erməni ideyasını özü üçün maddiləşdirib və ona xidmət edir. Eyni zamanda, Leyla Yunusu ermənilərlə qohumluq əlaqəsi bağladığından, o, bu qədər canfəşanlıqla Ermənistanın maraqlarına xidmət edir.

Əlbəttə ki, dediklərimiz elə bir sirr deyil ki, heç kəs bundan xəbərdar olmasın. Elə cəmiyyət bu cür faktları yaxşı bildiyindən artıq Leyla Yunusa etiraz etməyə də başlayıb. Çünki hər bir vətənpərvər azərbaycanlı yaşadığı dövlətin hər zaman inkişaf edən görmək istəyir. Bu səbəbdən də, Leyla Yunusun iddiaları, yalanları ayaq tutmayacaq və ümumi mənada ermənilərin planları baş tutmayacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər