"Mən siyahıda yazılan adlara baxdım və düşünürəm ki, bu siyahı AXCP sədri Əli Kərimlinin istəyinə uyğun hazırlanıb. Yəni, siyahı da Əli Kərimlinin adının olmaması onun nüfuzunun qaldırılmasına xidmət edir deyə düşünmək olar". Bu fikirləri SİA-ya Ədalət Partiyasının Aparat Rəhbəri Mütəllim Rəhimli Xədicə İsmayılın "casus siyahısı"na münasibət bildirərkən orada AXCP sədri Əli Kərimlinin adının olmamasına verdiyi açıqlamasında söyləyib.Ədalət Partiyasının rəsmisi onu da qeyd edib ki, bu siyahının ciddi araşdırılmasına da ehtiyac var: "Bəli, siyahı ciddi araşdırılmalı və bütün mətləblər aydın olmalıdır. Lakin mən yenə də öz fikrimin üzərində dururam ki, bu siyahının əsas məqsədi AXCP-yə xidmət etməkdən ibarətdir".Qeyd edək ki, Xədicə İsmayıl "casus siyahısı" məsələsinə görə, artıq Baş Prokurorluq tərəfindən dindirilir və siyahı ilə bağlı cinayət işi açılıb.
sia.az