"Milli Şurada AXCP-nin qərarları keçərlidir. Əgər AXCP rəhbərliyi sessiyanın baş tutduğunu deyirsə, üzvlər də onun dediyini təsdiqləyir. Milli Şura deyilən qurum əslində reallıqda yoxdur, oranı bilavasitə AXCP idarə edir". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın sonuncu sessiyasına, eləcə də Koordinasiya Şurasının Mərkəzi Şura adı ilə əvəzlənməsinə münasibətini bildirərkən söyləyib.Partiya sədri qeyd edib ki, orada hansısa ad dəyişikliyi də Milli Şuranın fəaliyyətini gücləndirmir: "Sonuncu sessiya da Koordinasiya Şurasının adının dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılması da mahiyyətsiz, mənasız bir işdir. Bu cür sessiyalarla nəsə əldə etmək, hər hansı bir siyasi uğur qazanmaq qeyri-mümkündür".Qeyd edək ki, Milli Şuranın son sessiyasında yetərsay olmadığı halda qurum sessiyanı keçirib və siyasi ictimaiyyət bunu birmənalı olaraq qarşılamır.
sia.az