Tural Abbaslı: "Hüseyn Məliklə razı deyiləm"
"Təbii ki, Hüseyn Məliklə razı deyiləm, o, baxımdan ki, Müsavatda hansısa parçalanma yoxdur ki, birləşdirici birisinə ehtiyac olsun". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Müsavat Məclisinin üzvü Hüseyn Məlikin "Başqanlığa namizədlər arasında Qubad İbadoğlunu dəstəkləyəcəm. Çünki, Qubad bəy birləşdirici fiqurdur, dağıdıcı deyil" fikrinə münasibət bildirərkən söyləyib.Tural Abbaslı, həmçinin qeyd edib ki, Hüseyn Məliklə bir məsələdə də razılaşa bilmir: "Hüseyn Məliklə digər bir məsələdə də razı deyiləm. O, bilməlidir ki, Müsavat Partiyasında Qubad İbadoğlundan başqa da təbii ki, birləşdirici fiqurlar var".Xatırladaq ki, Tural Abbaslı və Qubad İbadoğlu ilə yanaşı, Müsavat Partiyası başqanlığına partiyanın Mərkəzi Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Gülağa Aslanlı, Müsavat Məclisinin üzvü Arzu Səmədbəyli, eləcə də İsa Qəmbərin müşaviri Səxavət Əlisoy da namizədliklərini irəli sürəcəklərini bildiriblər.
yap.org.az