PDF Oxu

Müxalifət

  • 14

Eldəniz Quliyev: “Əli Əliyev məndən xahiş etsin ki, onu bağışlayım”

Eldəniz Quliyev: “Əli Əliyev məndən xahiş etsin ki, onu bağışlayım”

"Əli Əliyev kimdir ki, mən ondan bağışlanmaq diləyim! O, mənim haqqımda bu cür artıq-əksik sözlər işlətməklə səhv edir". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "Onun adından yanımıza elçilər gəlir, telefonumuza zənglər olur, arxa qapıdan bizə yalvarır" fikirlərinə münasibət bildirərkən söyləyib.Eldəniz Quliyev qeyd edib ki, Əli Əliyev bağışlanmaq üçün xahiş etməlidir: "Onlar mənə qarşı böyük tərbiyəsizlik ediblər. Məhz buna görə də onlar məndən xahiş etsinlər ki, bağışlayım".Xatırladaq ki, Eldəniz Quliyevlə Əli Əliyev arasında son günlər qarşılıqlı ittihamlar kəskin şəkildə davam edir. Bu çəkişmə artıq məhkəmə müstəvisindədir.

sia.az

Digər xəbərlər