PDF Oxu

Müxalifət

  • 10

Arifə min işarə də bəs eləmir

Arifə min işarə də bəs eləmir

Əyri oturub, düz danışaq. Bakının ən prestij rayonlarından olan Nərimanovda İsa Qəmbəri kim tanıyır axı? "Brejnev xırıltısı" ilə "mən çox ciddi işlərlə məşğulam, danışa bilmərəm" cümləsini emblem kimi qulaqlara zoppuldadan İ.Qəmbər nə vaxt və platforma ilə xalqın üzünə baxa bilib? Bu adam deputat olmağı özünə yaraşdırmır, hələ 2008-ci ildə "bazarlıq" etmək üçün dəridən-qabıqdan çıxırdı, Müsavat partiyasından yuxarı 4-5 adamın adı olan siyahı göndərmək istəyirdi, göndərmişdi də. Amma özündən başqa.

Evdə oturub mürəbbəli çay içə-içə özünü "gələcək prezident" kimi görmək və bu xəyalla da insanlarla ünsiyyətdən qaçmaq 20 ildir bu adama nə qazandırıb ki, bundan sonra da nəsə əldə edə!? Seçki təbliğat-təşviqat tələb edir. Yoxsa evdə oturub "mənim adım İsa Qəmbərdir, itimin də adı Gülalı, məni hamı tanıyır, yüz faiz mən seçilmişəm" düşüncəsi ilə yanaşıb, gecə-gündüz təbliğat aparıb insanlarla birbaşa ünisiyyətdə olan, onların problemlərini dinləyən gənc depuatatın haqqını yemək necə? Bu İ.Qəmbər üçün asandır, erməni diasporasının pulunu yeyən adam azərbaycanlı deputatın haqqına nə baxır, elə göydə "hop" eləyib udur.

İsa "bəy", sən səmavi kostyumunu geyinib özünü "prezidentlik" kürsününə hazırlayanda Adil Əliyev küçələri bir-bir gəzib təbliğat aparırdı, qanun çərçivəsində nə var idisə, onu da edirdi, bukletindən tutmuş plakatlarına, platformasına və köynəklərinə qədər. Seçicilər yanıldı desək, biz yanılarıq, insanlar düzgün seçim etdiyini bu gün də başa düşürlər. Amma təkcə bununla bitmədi, elə Qurban Məmmədov demişkən, bir məhəllədə bir ailə səs verdi sənə. O da ki, öz adamların. Axı başqa cür necə ola bilərdi?

İnsan bir azca ar eləyir, "başı qanlı" İsa Qəmbərin başqanlıq üstündə saldığı nifrinlər haqda danışsaq insan utanar. Nə var axı, nə düşüb, Gülağanı, Arifi salmısan ortaya, ağ saqqalarını "bəy tərifinə" məruz qoyursan onların? Q.Məmmədov həqiqəti dedi, Arif Hacılı başladı onu söyməyə.

Ay Arif, vaxt var idi, həbsxanada idin, içəridən "nadzor"la sözün çəp gələn kimi, ağzını Mozambik hinduşqaları kimi İsa Qəmbərə tərəf tutub yıxıb-sürüyürdün, Müsavatı bir qəpiklik eləmişdin. İndi nə olub? Qurban da həbsxanadadır, qoy nə istəyir desin. Amma nə desə də, sənin kimi İ.Qəmbərin tapşırığı ilə özündən 360 ay balaca olan Tural Abbaslının yamağına çevrilməyib. Ən azı, bunu hamı bilir ki, sən Müsavat qərargahına yaxınlaşanda heç kim sənə salam vermir, sən də gözünün yerə zilləyib içəri girisən. Dalınca da bu kəlmlər eşidilir: "Ə, bu nə milçək vızıltısı idi, keçdi". Bəlkə yalan deyirik?

A.Hacılının 90-cı illərin əvvəllərindəki Milli Məclisdəki oturuşuğu heç yadımdan çıxmır. Zalım oğlu elə bil bütün dünyanı idarə edib, qırğız çobanları kimi boğazını da dürtüb soxub çənəsinin altına, bu təkəbbür heç yadımdan çıxmır. Elə səni bu günə qoyan da sinəni sıxıb boğazının altına dürtməyindir.

Samir

Digər xəbərlər