Və ya Xocalı soyqırımını siyasi "perspektivinə" yazmağa cəhd edən ucuz fərd
"Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz". Bu sözləri AXCP sədri Əli Kərimli bir sıra "cəbhəçinin" müxtəlif səbəblərə görə müəyyən həbs cəzası almalarına münasibətini bildirərkən daxilindəki xəbisliyini gizlədə bilməyərək üzə çıxarıb. Üzə çıxarmağına çıxarıb, amma sosial şəbəkədəki "bəyanatında" hansı "sübutları", "arqumentləri" ortaya qoyaraq... Demə, Xocalı soyqırımının 22-ci ildönümündə "Ana fəryadı" abidəsi qarşısında insan selinin diqqətini cəlb etmək üçün şüarlar səsləndirmək lazımıymış. Çünki haralardan da Əli Kərimliyə bu cür təlimat verilib və "cəbhəçilərə" də Əli Kərimidən də bu cür təlimat alınıb. Əlbəttə ki, Kərimliyə siyasi "perspektiv" Xocalı şəhidlərinin ruhundan daha artıqdır. Ona görə də özükümilərinə söz yox ki, boğazdan yuxarı "Şəhidlər ölməz, Vətən bölünməz", ya da "Qarabağa azadlıq" şüarlarını çağırmağı tapşırıb. Bu zaman sual yaranır ki, əcəba, Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzeti bu vaxta qədər nəyə görə bir dəfə də olsun Qarabağ probleminə dair yazı və məqalələr verdirmir, verdirəndə də həmin yazı və məqalələr üçüncü, beşinci plana salınır?! Məsələ aydındır. Əli Kərimlini nə Qarabağ problemi, nə də şəhidlərin ruhu maraqlandırmır. Onu maraqlandıran sadəcə AXCP adlı siyasi qurum vasitəsilə özünə siyasi dividend qazanmaqdır ki, bu da onun xidmət göstərdiyi xarici ağalarının sayəsində baş verir. Bu baxımdan, Əli Kərimlinin "Milli Şura" təmsilçiləri ilə "Ana fəryadı" abidəsi önündə çığır-bağır salmasından təəccüblənməyə dəyməz. Bir də ki, onların siyasi artistizmi, inanın ki, ətrafda kimsənin marağına tuş gəlmədi. Çünki həmin günü xalq bunlardan fərqli olaraq Xocalı şəhidlərinin ruhunu anırdı!
Əslində, Əli Kərimlinin xislətini, ucuz populizmini yenə də ona məxsus "Azadlıq" qəzetində axtarmaq lazımdır. Diqqət yetirək, "Azadlıq" qəzeti həmin günün səhəri yazır: "...Həbs olunan partiya üzvləri fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polisin hücumu zamanı (?!-R.N.) onun müdafiəsində aktivlik etmiş şəxslərdir". Belə çıxır ki, günah Xocalı şəhidlərinin anım mərasiminə hörmət əlaməti olaraq "Ana fəryadı" abidəsini sükutla ziyarət edən xalqdaymış və heç də "Milli Şura"nın başbilənləri Əli Kərimli ilə Cəmil Həsənlinin burada günahları-filanı da yoxuymuş?! Bax, bu kimi iddiaları dolayısı ilə ortaya atan AXCP sədri reallıqda hansı kateqoriyalı "insan" olduğunu kifayət qədər üzə çıxrmış oldu. Yəni təxribat törətməyə cəhd etdi və bir neçə "cəbhəçi" həbs olundu, indi də başlayıb öz günahlarını dövlətə, hakimiyyətə tərəf yıxmağa. Necə deyərlər, adımı sənə qoydum, səni də yana-yana!
Hələ bu da azmış kimi, bir neçə "cəbhəçinin" sutkalıq həbsini apardı bağladı Ukrayna hadisələrinə (?!-R.N.) ki, artıq burada, Əli Kərimlinin nə qədər rəzil, utanmaz, arsız, rüsvayçı və istifadəçi fərd olması barədə uzun-uzadı mülahizələr irəli sürməyə də ehtiyac qalmır.
Və sən demə, Xocalı şəhidlərinin ziyarətinə axın edən on minlərlə insan "cəbhəçiymiş", ya da "şurəvi"."Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları (guya hakimiyyəti -R.N.) isterika həddinə çatdırıb. Həbslərə göstəriş verilib" -deyə iddiada bulunan türklər demiş, Əli Kərimli "aşağılığı" ətrafındakı ikiayaqlı çaqqalları xalq kimi təqdim etməyə cürət edib. Ancaq belə cürətlərin haraya qədər gedəcəyini biz - mətbuat təmsilçiləri deyil, məhz xalq amili müəyyənləşdirəcək. Çünki son sözü nə Əli Kərimli, nə Cəmil Həsənli, nə də onların güvəndikləri xarici dairələr, həmin dairələrin hüzn günündə belə, cəhd göstərdikləri təxribatlar demir, son sözü xalq deyir!
Rövşən NURƏDDİNOĞLU