PDF Oxu

Müxalifət

  • 9

Partiya sədri: “ABŞ özünü korluğa vurub”

Partiya sədri: “ABŞ özünü korluğa vurub”

"ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı yaydığı hesabat ikili standartların və Azərbaycana qarşı ənənəvi qərəzli münasibətin göstəricisidir. Necə ola bilər ki, yüzlərlə siyasi məhbusun həbsdə olduğu, insanların heç bir hüquq və azadlıqlarının tanınmadığı, heç bir inkişafın olmadığı ölkələr tənqid olunmur, ancaq bütün parametrlərdən dünyaya nümunə ola biləcək Azərbaycan qərəzli münasibətə məruz qalır. Bu bir daha göstərir ki, Azərbaycanın qısa zamandakı siyasi, iqtisadi-sosial inkişafı ABŞ-ı qane etmir". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqladığı hesabatı şərh edən partiya sədri qeyd edib ki, bir müddət əvvəl də ABŞ belə bir hesabat açıqlamışdı: "Həmin hesabatda da Azərbaycan tənqid olunmuşdu. Amma diqqətlə baxsaq görərik ki, ABŞ-ın Azərbaycanla bağlı mütəmadi olaraq açıqladığı hesabatlar hamısı məzmun və mahiyyətcə eynidir, sanki əvvəlki hesabat yeni vərəqlərə köçürülüb açıqlanır. Həqiqətən də belədir. Ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv münasibət o qədər güclüdür ki, hətta keçən il bu hesabatda Ermənistanı daha sivil göstərmişdilər. Məncə, bu qısqanclığın göstəricisidir, belə hesabatları ciddiyə almaq da düz deyil. Onsuz da bütün dünya bizim inkişafımızı təqdir edir. Dünyaya töhfələr verən Azərbaycanı obyektiv görməmək üçün ABŞ özünü korluğa vurubsa, deməli, dövlətimiz çox şeyə nail olub".

sia.az

Digər xəbərlər