PDF Oxu

Müxalifət

  • 11

Fəzail Ağamalı: "Rusiyanın məqsədi Ukraynanın Avropaya inteqrasiyasına mane olmaqdır"

Fəzail Ağamalı: "Rusiyanın məqsədi Ukraynanın Avropaya inteqrasiyasına mane olmaqdır"

"Hər hansı sərsəm bəyanatlar verəcək biri haqqında fikir bildirmək istəmirəm. Sülhəddin Əkbərin həqiqətə uyğun olmayan fikirlərini gündəmə gətirib ictimailəşdirmək nəyə lazımdır?! O və onun kimilər bu cür mənasız fikirlərlə gündəmdə qalmağın yollarını axtarırlar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin Azərbaycanın GUAM ölkələri içərisində yeganə qeyri-demokratik ölkə olması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.F. Ağamalı eyni zamanda ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı hazırladığı sonuncu hesabat haqqında fikirlərini də bildirib. Onun sözlərinə görə, bu bəyanat və ya hesabat qeyri-obyektivdir və Azərbaycandakı reallığı əks etdirmir: "Burada bütün məsələlərə yanaşmada ifrat qərəzlilik müşahidə olunur. Bu hesabatı biz əlbəttə, qəbul etmirik. Çox təəssüf ki, ABŞ Azərbaycana qarşı qərəzli mövqeyini həmişə olduğu kimi, fürsət düşəndə nümayiş etdirib. Biz bunu tez-tez müşahidə edirik. İnsan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir".O bildirib ki, Azərbaycan MDB məkanında ən demokratik ölkələrindən biridir: "Çünki ölkəmizdə ardıcıl, sistemli şəkildə təkamülə söykənən demokratik proses hökm sürür. Bu səbəbdən də Azərbaycanın tutmuş olduğu bu yol dünya dəyərlərinə söykənən istiqamətdə irəliləyir".Millət vəkili həmçinin Ukrayna hadisələrinə də toxunub. Onun sözlərinə görə, Rusiyanın guya Krım əhalisinin təhlükəsizliyini qorumaq məqsədi ilə həmin ölkənin ətrafında yaratmış olduğu xoşagəlməz vəziyyət Rusiyanın strateji maraqlarına xidmət edən addımdır: "Hərhalda Ukraynanın ərazisində rus dilli əhaliyə qarşı Ukrayna tərəfindən hər hansı bir aqresivlik gözlənilmir. Sadəcə Rusiya Krım ətrafında bu cür xoşagəlməz vəziyyət yaratmaqla Ukraynanı öz caynağı altında saxlamaq və onun Avropaya daha sistemli şəkildə inteqrasiyasına mane olmağa çalışır. Bu, birbaşa Rusiyanın strateji maraqlarına xidmət edən addımdır. Düşünürəm ki, nəticə etibarı ilə dünya ictimaiyyəti, eləcə də Rusiyanın özü də Ukraynanın suverenliyinə xələl gətirəcək addımların atılmasından imtina edəcək və buna da imkan verilməyəcək".

sia.az

Digər xəbərlər