"Qurban Məmmədov və Sərdar Cəlaloğlu qardaşları Azərbaycan cəmiyyətinə tanış olan simalardır". Bu fikirləri SİA-ya jurnalist Eynulla Fətullayev Qurban Məmmədovun onu "canlı bomba" adlandırmasına münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, qardaşların siyasət aləmindəki naşılıqları dəfələrlə çıxılmaz vəziyyətlə üzləşmələrinə səbəb olub: "Onlar nə ciddi, nə də qeyri-ciddi insanlardır. Artıq bacarıqsızlıqları ucbatından dəfələrlə eyni faciələrlə üzləşiblər. Qurban Məmmədov nə siyasətçi kimi, nə də vəkil kimi bir mütəxəssisdir. O, sadəcə yarımçıq insandır. Ona görə də siyasətdəki fəaliyyəti qeyri-müəyyəndir".Jurnalist həmçinin bu cür insanların fikirlərinə ciddi yanaşmadığını da vurğulayıb: "Qurban Məmmədov mənim üçün elə nüfuzlu şəxs deyil ki, onun fikirlərindən hər hansı bir narahatçılıq keçirim".
sia.az