PDF Oxu

Müxalifət

  • 10

Fərəc Quliyev: "Məsələyə biganə yanaşsaq, Ukrayna Azərbaycana soyuq münasibət göstərər"

Fərəc Quliyev: "Məsələyə biganə yanaşsaq, Ukrayna Azərbaycana soyuq münasibət göstərər"

"Bu gün Ukraynada baş verən hadisələrin ölkəmizə aidiyyatı yoxdur desək, bu düzgün olmazdı. Ukrayna Avronestdə Avropa təsisatlarında ciddi müttəfiq kimi heç zaman problemlərimizə laqeyd yanaşmayıb. Biz də mövcud məsələ ilə bağlı istənilən ölkəyə qarşı çıxış edərək barışdırıcı missiyaçı qismində iştirak edə bilərik". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fərəc Quliyev parlamentin bugünkü plenar iclasında Ukrayna hadisələrinə toxunarkən deyib.Onun sözlərinə görə, Krımda baş verənlər işğal faktıdır: "Təklif edərdim ki, hər iki ölkənin parlament dostluq qruplarının üzvləri birlikdə iclas keçirib adıçəkilən ölkələrə ezam olunsunlar. Əgər biz bu məsələyə biganə yanaşsaq, o zaman Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı beynəlxalq instansiyalar Ukrayna tərəfindən Azərbaycana soyuq münasibət göstərilə bilər. Həm GUAM ölkələri daxilində təmsil olunmağımız, həm də Rusiya ilə həmsərhəd olduğumuzdan barışdırıcı missiyanı yerinə yetirməliyik".Spiker Oqtay Əsədov Fərəc Quliyevin səsləndirdiyi fikirlərə cavab olaraq qeyd edib ki, Ukrayna ilə Rusiya arasında yaranan münasibətlərin Azərbaycanı təsiri danılmazdır: "Bildiyiniz kimi, hər iki ölkə ilə Azərbaycanın dostluq əlaqələri mövcuddur. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı isə Rusiyada yaşayır. Buna görə də orada baş verən hadisələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Dostluq qruplarının birgə iclas keçirmələrinə gəlincə isə, heç Ukraynada olan millət vəkillərinin xəbəri yoxdur ki, dostluq qrupunda kimlər qalıb".

sia.az

Digər xəbərlər