PDF Oxu

Müxalifət

  • 5

Niyaməddin Orduxanlı müxalifət liderlərinə cavab verdi

Niyaməddin Orduxanlı müxalifət liderlərinə cavab verdi

Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması mümkün deyil

"Bu gün Azərbaycan radikal müxalifətinin Ukraynada baş verən hadisələrə sevinməyə mənəvi haqqı yoxdur. Müxalifət funksionerləri sosial şəbəkədə yazırlar ki, Ukraynada baş verən hadisələr Azərbaycanda da ola bilər. Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması mümkün deyil. Bu adamlar başa düşmür ki, Ukrayna müxalifətinə rəhbərlik edən şəxslər Ukraynanın milli maraqlarını qoruyaraq, Rusiyanın maraqlarına xidmət edən və etmək istəyən Yanukoviç hakmiyyəti ilə mübarizə aparırdılar. Bu, həm də o demək idi ki, birbaşa Rusiya ilə savaşırdılar. Bu gün isə, Ukrayna xalqı həm də Rusiyaya qalib gəldi". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BXCP)

sədrinin müavini Niyaməddin Orduxanlı radikal müxalifətin "Ukraynadakı hadisələr Azərbaycanda da təkrarlanacaq" iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifəti təmsil edən şəxslər 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"da təmsil olunaraq Azərbaycanın milli maraqlarına zərbə vurdular: "Radikal müxalifət bu layihə ilə Rusiyanın tapşırıqlarını yerinə yetirirdi. Əvvəlcə, bu gün də Rusiyada yaşayan Rüstəm İbrahimbəyovu, sonra da Cəmil Həsənlini namizəd verdilər. İndi siz kimi təbrik edirsiniz?! Ukraynada Rusiya məğlub olub! Sizlər Rusiyanın təsiri ilə hakimiyyətə gəlmək istəmirdiniz?! Mən şəxsən inanıram ki, bizim xalqımız da öz milli maraqlarını qorumaq üçün qanı bahasına olmuş olsa belə, müstəqil dövlətini qoruya biləcək addım atardı. Eynilə 1995-ci ildə bütün xalqın küçələrə çıxıb Heydər Əliyevə dəstək verdiyi kimi!".

sia.az

Digər xəbərlər