PDF Oxu

Müxalifət

  • 13

Hafiz Hacıyev: “Bu partlayışı Əli Kərimov özü təşkil edib”

Hafiz Hacıyev: “Bu partlayışı Əli Kərimov özü təşkil edib”

"AXCP-nin qərargahının partladılması məsələsi birbaşa Əli Kərimovun öz işidir. Özlərini əzabkeş müxalifətçilər kimi göstərmək üçün hər şeyə əl atırlar. Bu partlayışın əsl səbəbləri artıq açılma ərəfəsindədir. Hamı şahid olacaq ki, həqiqətən də bu işdə Əli Kərimovun əli var". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.Partiya sədri qeyd edib ki, Əli Kərimovun oturduğu qərargahı partlatmaq heç kimə lazım deyil: "Axı kimə lazım idi ki, onların qərargahını partlatsın?! Onların iddiaları kökündən yanlışdır. Həmçinin qeyd edim ki, bu iş onların gündəmdə qalmasına hesablanıb. Əli Kərimov görür ki, heç kim onunla maraqlanmır. Ona görə də, belə hadisələr planlaşdırır və bu üsulla gündəmdə qalmağa çalışır".

sia.az

Digər xəbərlər