PDF Oxu

Müxalifət

  • 11

Əli Orucov: "Müsavatla AXCP bir-birilərinin bəhsinə düşüb müxalifət birliklərini dağıdırlar"

Əli Orucov: "Müsavatla AXCP bir-birilərinin bəhsinə düşüb müxalifət birliklərini dağıdırlar"

"İctimai Palatanın heç bir fəaliyyəti yox idi, lazımsız bir qurum kimi qalmışdı. Əslində bu qərar çoxdan verilməli idi, İctimai Palata çoxdan buraxılmalı idi. Ancaq bir vacib məsələ də var ki, İctimai Palatanı yaradan adamlar sonradan Milli Şuranı da yaradan adamlardır. Buna görə də, Milli Şuranı da İctimai Palatanın taleyi gözləyir"

İctimai Palatanın buraxılmasını və Milli Şuranın indiki fəaliyyətini şərh edən AMİP funksioneri Əli Orucov bu fikirləri SİA-ya açıqlamasında deyib.

Ə.Orucov bildirib ki, indi Milli Şurada təmsil olunanlar İctimai Palatada etdiyi səhvləri burada da edirlər: "Eyni səhvlər buraxılır, bütün addımları təkrarçılıqdır. Sanki Müsavat Partiyası ilə AXCP bir-birilərinin bəhsinə düşüb müxalifət birliklərini dağıdırlar. Bütöv Azərbaycan Partiyası da (BAP) Milli Şuradan çıxıb Demokratik Qüvvələrin Birliyinə (DQB) gəldi, onlar da DQB-də təmsil olunmağı məqsədəuyğun bildilər".

sia.az

Digər xəbərlər