PDF Oxu

Müxalifət

  • 11

Mütəllim Rəhimli: "Azərbaycanda elə bir siyasi mühit var ki…"

Mütəllim Rəhimli: "Azərbaycanda elə bir siyasi mühit var ki…"

"Ədalət" Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli SİA-ya açıqlama verərək, İctimai Palatanın buraxılması və radikal müxalifətin Düşüncə Mərkəzi adlı yeni qurum yaradacağı ilə bağlı qərarına münasibət bildirib.

Radikal müxalifətin dəfələrlə bu tip qurumlar yaratdığını və bunların heç birinin effekt vermədiyini deyən M. Rəhimli qeyd edib ki, yaradılan hər hansı bir qurumun qarşısında konkret məqsədlər olmalıdır: "Çox təəssüf ki, radikal müxalifətdə qurumlar hansısa şəxslərin məqsədlərinə xidmət etmək üçün yaradılır. Biz dəfələrlə yaradılan bu cür blokların, qurumların şahidi olmuşuq. Amma heç bir effekt verməyib. Əgər onun qarşısında konkret məqsədlər olmayacaq, mübarizələrində səmimi olmayacaqlarsa, yenə də heç bir nailiyyət əldə edilməyəcək. Əslində, Azərbaycanda elə bir siyasi mühit var ki, belə bir qurumun yaradılmasına ehtiyac yox idi. Bu qurumun nəyə xidmət edəcəyi mənə qaranlıqdır".

sia.az

Digər xəbərlər