PDF Oxu

Müxalifət

  • 7

Əli Əliyev: "Eldəniz Quliyevin üzrü bizə lazım deyil, mütləq cəzasını almalıdır"

Əli Əliyev: "Eldəniz Quliyevin üzrü bizə lazım deyil, mütləq cəzasını almalıdır"

"Biz Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Eldəniz Quliyev bizi təhqir etdiyi üçün mütləq cəzasını almalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Eldəniz Quliyevlə bağlı məhkəməyə müraciətinin nəticəsinə aydınlıq gətirərkən söyləyib.

Partiya sədri, həmçinin, qeyd edib ki, onların məqsədləri Eldəniz Quliyevdən üzr isdətmək deyil: "Bizə onun üzrü lazım deyil. O, cəzasını almalıdır".

Xatırladaq ki, VİP sədri ilə "El" Hərəkatı Ali Məclisinin sədri arasında kəskin və təhqirli söz atışmaları baş verdikdən sonra, Əli Əliyev Məhkəməyə Eldəniz Quliyev barədə şikayət ərizəsi vermişdi. Lakin məhkəmə "El" rəsmisinin xeyrinə qərar çıxararaq, işə xitam verib".

sia.az

Digər xəbərlər