PDF Oxu

Müxalifət

  • 14

Müsavat asqıranda AXCP öskürəcək, bundan sonra...

Müsavat asqıranda AXCP öskürəcək, bundan sonra...

AXCP qərargahının yerləşdiyi binada baş verən partlayışdan sonra Müsavatda xınayaxdı kampaniyası başlayıb, fata qoyan kim, dumbul çalıb ağzında "rəqqədə çiko" kələ-köntür kəlməsini mızıldayan kimi, bir-birilərinə zəng vurub "a qardaş, siyasi mübarizəmiz bəhrəsin verdi" deyən kim, və sairə.

Başlıca səbəblərdən biri də odur ki, qəzalı vəziyyətdə olan binadan AXCP-nin qərargahı köçürülüb, orda qalıb yenidən hansısa bədbəxt nəticəsində öləsi deyildilər ki. Amma Müsavat AXCP-nin bu dəfə də ofissiz qalmasını elə şadyanalıqla qeyd edir ki, elə bil İsa Qəmbəri Pan Gi Munun yerinə dürtüblər. Müsavatçıların da sevinclərindən yerilərində otura bilməməklərinin də əsil səbəbləri var axı. AXCP əvvəl də ofissiz idi, Müsavat o vaxt Əli Kərimlini çağırıb 3 manat 50 qəpiklik boya ilə rənglənən bir otaq vermişdi, səs yazan böcəyi də soxmuşdular düz stolun altına. Bir sözlə, Ə.Kərimlinin təpədən dırnağa kimi çıxartdığı bütün səsləri dinləyə bilirdilər. İndi baş verən bu hadisə müsavatçıları necə sevindirməyə bilər.

Partlayışın gurultusu keçməmiş AXCP sədr müavini Fuad Qəhrəmanlı başa düşdü ki, Müsavat ofissiz qalmamağımızdan istifadə eləyib, yenə də bizə qucaq açacaq, biz də gedib oturacağıq. Amma bununla bitməyəcək. İ.Qəmbərin bu "humanistliyi"nin arxasında bir məkr dayanıb, bir çox məsələlərdə "Müsavatın asqırdığını AXCP öskürəcək". Özləri demişkən azadlıq başqa şeydir. F.Qəhrəmanlı öz sözünü də demir, amma ilk baxışdan Müsavata "naz" atırlar. Guya bütün müxalifət partiyaları zəng eləyib Əli Kərimlinin dərdinə şərik olub, partlayışa görə ona başsağlığı verib, təkcə Müsavat başqanı İ.Qəmbərdən və onun funksionerlərindən başqa. Biri sözünü bitirməmiş, Həsən Kərimov da başladı giley-güzarını dilinə gətirməyə.

Amma yenə də özünü sambo üzrə 6 qat dünya çempionu, karate üzrə 8 qat dünya rekordçusu, dombalaq aşmaq üzrə özünü 134 qat Avropa çempionu hesab edən Müsavatın karbiatoru olan Gülağa Aslanlı AXCP-nin iki əçcə funksionerinə cavab verdi. Dedi ki, "gəlsinlər, bizim qapımız hamının üzünə açıqdır".

Bu bir cümləlik ifadədə nə qədər kin-küdurət, qəzəb, minnət var, onu özünüz görürsünüz. İnanıram ki, AXCP bu dəfə də bu minnəti daşıyacaq, çox yox, elə gələn həftə AXCP "böyük və izdihamlı texniki bazası" ilə Müsavat qərargahının bir küncünə köç edəcək.

Samir

Digər xəbərlər