PDF Oxu

Müxalifət

  • 15

Müxalifət liderlərinin düzəlməsi cətin məsələyə cevrilir

Müxalifət liderlərinin düzəlməsi cətin məsələyə cevrilir

Müxalifət düşərgəsində təmsil olunan partiyaların ağır, böhranlı durumla üzləşmələrinin səbəbi liderlərin səhv siyasətlərinin nəticəsidir. Mövqe uğrunda savaş da bir-birinə qarşı irəli sürdükləri ittihamlar düşərgədaxili durumun son dərəcə kritik vəziyyət almasına gətirib cıxarıb. Yaratdıqları blok və qurumların da dağılmasının başlıca səbəbi aralarında mövcud olan cəkişmələrdir. Onların son illərdəki fəaliyyətlərinə nəzər salsaq demək olar ki, bu məxluqlar dünyada analoqu olmayan simalardırlar. Nədəndir ki, qısa zaman kəsiyində çoxsaylı blok və qurumlar yaradıblar, ideya və təkliflərlə cıxış ediblər. Amma yaradılan qurumların ömrü çox qısa olub, irəli sürülən təkliflər isə elə kağız üzərində qlıb. İddialı müxalifət liderləri bir-birindən qisas almaq üçün fərqli mövqe tutublar. Baş verənlərə əsasən onu söyləmək olar ki, hazırkı müxalifət formatı dəyişməyəcəyi təqdirdə, bundan sonra da yaradılacaq bloklar adları yalnız kağız üzərində qalan bloklardan fərqlənməyəcək. Çünki müxalifət başbilənləri müstəqil deyillər, onların əlləri ayrı-ayrı xarici maraqlı qüvvələrin cibindədir. Digər tərəfdən birinci partiya, aparıcı lider olmaq azarı da müxalifət üçün arzuolunmaz proseslərin baş verməsinə gətirib cıxarır. Yəni bu biçarələrin birinin dediyi digərinin boğazından keçmir. Hamısı özünü haqlı hesab edir. Hər biri fikrində irəli sürdüyü ideyasında düzgün olduğunu bildirir.

Əli Kərimli müxalifətçi həmkarlarını şantaj yolunu secib

"Milli Şura" deyilən qurum daxilində son vaxtlar yaşanan ağır proseslər qeyd etdiklərimizə sübut sayıla bilər. Müsavat funksionerləri "Rüstəm İbrahimbəyovsuz "Milli Şura" deyib, ultimativ tələblər irəli sürdülər. AXCP təmsilçiləri də uduzmağı həzm edənlərdən olmadıqlarını göstərmək üçün "Rüstəm İbrahimbəyov Müsavata gözdağıdır" deməklə Müsavatı yerində oturtmağa cəhd göstərdilər. Bu isə onsuz da kövrək olan daxili vəziyyətin gərginləşməsinə yol açdı. Artıq görünən odur ki, AXSP-Müsavat qarşıdurması "Milli Şura" deyilən qurumun parçalanma mərhələsini başa vurub, dağılma dövrünə adlamasına gətirib çıxarıb. Müsavatın "Milli Şura"nı tərk etməsinin ardınca İsgəndər Həmidov, "EL" Hərəkatının aparat rəhbəri Zəfər Quliyev və digərləri istefa verdi. Acınacaqlı vəziyyətin yaranması AXCP sədri Əli Kərimlini kortəbii də olsa fəallığını artırmağa sövq edib. "Azadlıq" qəzetinin səhifələrində "Milli Şura"dan istefa verənləri "satqın", "xəyanətkar" adlandıran silsilə məqalələrin dərc edilməsi ilə Ə.Kərimlini istefaya hazırlaşanları şantaj yolu ilə fikirlərindən cəkindirməyə hesablanıb. Amma bu metodun Ə.Kərimlinin işinə yaraya biləcəyi inandırıcı deyil. Çünki batan gəmini xilas etmək mümkün olmadığı kimi "Milli Şura"nı da dağılmaqdan xilas etmək mümkün olmayacaq.

İ.ƏLİYEV

Digər xəbərlər