PDF Oxu

Müxalifət

  • 27

Mütəllim Rəhimli: “Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya səfər cəhdləri anormallıqdır”

Mütəllim Rəhimli: “Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya səfər cəhdləri anormallıqdır”

"Mən onların Ukrayna səfərlərini anlaya bilmədim ki, burada mahiyyət nədir?! Müsavat Partiyası başqanının müavinləri oraya səfər edərkən heç bir həmrəylik nümayiş etdirə bilməzlər, əksinə, orada pərakəndəlik, ayrıseçkilik yaradar və aranı daha da qızışdıra bilərlər". Bu fikirləri SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Krıma baş tutmayan səfərlərinə münasibət bildirərkən söyləyib.Mütəllim Rəhimli, qeyd edib ki, bu insanlar heç öz aralarında birlik, həmrəylik nümayiş etdirə bilmirlər: "Necə ola bilər ki, öz içlərində birlik, həmrəylik nümayiş etdirə bilməyənlər, gedib haradasa həmrəylikdən danışsınlar? Bu, anlaşılan deyil".

sia.az

Digər xəbərlər