PDF Oxu

Müxalifət

  • 14

Əhməd Oruc: “ “Düşüncə Mərkəzi”nin yaradılması əhəmiyyətli olmayacaq”

Əhməd Oruc: “ “Düşüncə Mərkəzi”nin yaradılması əhəmiyyətli olmayacaq”

"Mən bildirmək istəyirəm ki, "Düşüncə Mərkəzi" qəti şəkildə əhəmiyyətli olmayacaq. Onu yaradanlar da ondan heç bir fayda görməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc İsa Qəmbərin İctimai Palatanın işinə xitam verilməsindən sonra "Düşüncə Mərkəzi" adlı qurum yaratmaq təşəbbüsünə münasibət bildirərkən söyləyib.

Partiya sədri həmçinin qeyd edib ki, bu tipli qurumlar keçmişdə də yaradılsa da, onların heç bir uğur qazana bilməməsi göz qabağındadır: "Keçmişdə də bu cür qurumlar yaradılıb, lakin hansısa məqsədə nail olunmayıb. Sonda dağılma ilə nəticələnib. Düşünürəm ki, "Düşüncə Mərkəzi" də əhəmiyyətsiz olacaq".

Qeyd edək ki, bir sıra ekspertlər "Düşüncə Mərkəzi"nin Milli Şuraya alternativ olacağını istisna etməyiblər. Onlar iddia edirlər ki, əslində belə bir "mərkəz"in yaradılması Müsavat və AXCP arasında olan intriqanın davamıdır. Belə ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra partiyanın AXCP ilə münasibətlərində gərginlik yaşanır və bu səbəbdən, "Düşüncə Mərkəzi"nin xüsusilə, parlament seçkiləri ərəfəsində Milli Şuraya alternativ qurum kimi fəaliyyət göstərəcəyi iddia edilir.

sia.az

Digər xəbərlər