PDF Oxu

Müxalifət

  • 19

Əflan İbrahimov: “ İsa Qəmbər “Düşüncə Mərkəzi”ni Əli Kərimlinin acığına yaradır”

Əflan İbrahimov: “ İsa Qəmbər “Düşüncə Mərkəzi”ni Əli Kərimlinin acığına yaradır”

"Müsavat Partiyası seçki ərəfəsində taktika işlədib guya, AXCP ilə əməkdaşlıq qurdu. AXCP qəlbən bu əməkdaşlığa inanmasa da, məcbur idi ki, "Milli Şura" çərçivəsində birgə fəaliyyət göstərsin. Lakin məğlubiyyət, uğursuzluq və "himayəçi" axtarmaq dava-dalaşı onların yollarını yenidən ayırdı. Müsavat Partiyası "Milli Şura"dan çıxdı və "Düşüncə Mərkəzi"ni Əli Kərimlinin acığına yaradır. Yəni "Milli Şura"ya alternativ qurum kimi "Düşüncə Mərkəzi"ni yaratmaq yenə də hər hansı milli maraqlara deyil, şəxsi münasibətlərə, ambisiyalara xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov "Düşüncə Mərkəzi"nin yaradılmasına münasibət bildirərkən deyib.

"Düşüncə Mərkəzi"nin İsa Qəmbərin yeni bir oyunu olduğunu deyən partiya sədri qeyd edib ki, Müsavat həmişə görüntü yaratmaqla məşğul olub: "Yəni Müsavatın əli ilə hər hansı bir qurum yaranıbsa və ya hansısa hadisəyə münasibət ifadə olunubsa, deməli, bu sadəcə görüntü üçündür. Müsavat guya özünün "ana müxalifət"çiliyini qoruyur. Halbuki, ölkə müxalifətini parçalayan birinci addım elə bu "ana müxalifət"çiliyin ortaya atılması oldu. Bu saxta ideya uğrunda illərdir ki, Müsavatla AXCP bir-birilərini qırırlar".

sia.az

Digər xəbərlər