Vətəndaş və İnkişaf Partiyası (VİP) "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin qanuni yolla cəzalandırılmasında iddialı olması haqqında bəyanat yaydıqdan sonra qarşı tərəfin VİP-ə reaksiyası gecikməyib.
"Nəyə görə siz də VİP rəhbərliyinə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmirsiniz" sualına cavab olaraq Eldəniz Quliyev SİA-ya açıqlamasında bildirib ki, o, bu vaxta qədər öz abrına qısılıb: "Mənim onlardan fərqli olaraq, qanacağım var və bu səbəbdən də abrıma qısılıb qarşı tərəfi məhkəməyə vermək istəmirdim. Əli Əliyevin və onun müavinlərinin tərbiyəsizlikləri artıq sərhədləri aşıb. Yaxın günlərdə adıçəkilən partiya rəhbərliyini məhkəməyə verəcəm. Artıq belə görünür ki, onlar qanunamüvafiq qaydada cavab verməli olacaqlar".
sia.az