PDF Oxu

Müxalifət

  • 12

Milli Şuranın mətbuat xidməti Milli Şuradan ayrı xidmət göstərir?

Milli Şuranın mətbuat xidməti Milli Şuradan ayrı xidmət göstərir?

Cəmil Həsənli: ""Yeni Müsavat"dan soruşun"

Milli Şuranın bir neçə gün öncə "Yeni Müsavat" qəzetini quruma qarşı dezinformasiya yaymaqda və təxribatçılıqda ittiham etməsindən sonra qarşı tərəf sözügedən iddiaya qarşı susqunluq nümayiş etdirdi.

Milli Şuranın sədri Cəmil Həsənli isə sözügedən məsələ ilə bağlı SİA-ya açıqlamasında bildirdi ki, həmin bəyanatı Milli Şura deyil, Milli Şuranın mətbuat xidməti yayıb: "Dediyiniz bəyanatı Milli Şuranın mətbuat xidməti yayıb və yaxşı olardı ki, "Yeni Müsavat" qəzetinin nəyə görə həmin bəyanata susqunluqla cavab verməsini onların özlərindən soruşasınız".

Xatırladaq ki, Milli Şuranın mətbuat xidməti qurum rəhbərliyinin razılığı olmadan heç bir bəyanat yaymır və hazırlanan bəyanatlar sədrin razılığından sonra ictimailəşdirilir.

sia.az

Digər xəbərlər