PDF Oxu

Müxalifət

  • 27

Eynulla Fətullayev: “Söyün Sadıqov Kremlin həyətində saxlanılan çoban itidir”

Eynulla Fətullayev: “Söyün Sadıqov Kremlin həyətində saxlanılan çoban itidir”

"Bu adam 20-25 ildir Moskvada yaşayır aşağı sinif səviyyəsində belə yaza bilmir". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Eynulla Fətullayev "Azərross"-un təsisçisi Söyün Sadıqovun onu təhqir etməsinə münasibətini açıqlayarkən deyib.Jurnalistin fikrincə, Söyün Sadıqov ümumiyyətlə, qeyri-savadlı və rəzil adamdır: "Onun yazılarının bəzi parçalarını yayımlamışam. Orada bunun hansı səviyyədə olmasını açıq-aydın görmək mümkündür".Söyün Sadıqovun iddia etdiyi kimi, onu görmədiyini və mətbuatdan tanıdığını deyən Eynulla Fətullayev eyni zamanda qeyd etdi ki, belə rəzil fərdlərin Rusiyada azərbaycanlıları təmsil etməsini doğru saymır: "Onun sifətini ilk dəfə qəzetlərdə görmüşəm. Ümumiyyətlə onu tanımırdım. Təəssüf edirəm ki, bu cür insanlar Azərbaycanın Moskvada diasporasını təmsil edirlər".Eynulla Fətullayev Söyün Sadıqovu insan saymadığını da qeyd edib: "Bu adam sadəcə olaraq itdir. Onun boyunluğu, xaltası kiminsə əlindədir. Lazım olan və ya olmayan adamların üstünə bunu qısqırdırlar. Hətta deyərdim ki, o Kremlin həyətində saxlanılan çoban itidir. Söyün Sadıqovun it olması onun vücudundan, sifətindən də görünür. Çox murdar, səviyyəsiz biridir desək yanılmarıq. Söyün küçə, bazar adamıdır. Onun davranışına, leksikonuna baxanda insanda ikrah hissi oyadır. Bu adamın varlığı belə təhqirdir".Qeyd edək ki, Söyün Sadıqov ötən gün saytların birinə verdiyi müsahibəsində Eynulla Fətullayevi "əclaf" adlandıraraq, onu təhqir etmişşdi.

sia.az

Digər xəbərlər