"Eldəniz Quliyev çıxılmaz vəziyyətdə qalıb. O, Rüstəm İbrahimbəyova ümid edirdi, onun da aqibəti hər kəsə bəllidir. Eldar Namazovla arasında dərin çatlar əmələ gəlib, Müsavat və AXCP ilə düşmən münasibətindədir. Fikir verirsinizsə, bütün müxalifət funsionerləri ayrı-ayrılıqda onu məhkməməyə verirlər. Məndə olan informasiyaya görə, Eldəniz Quliyev ölkədən qaçacaq". Bu iddia ilə SİA-ya açıqlamasında Azərbaycan "El" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov çıxış edib.Eldəniz Quliyevin Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev tərəfindən yenidən məhkəməyə verilməsinə, hər iki şəxs arasındakı ziddiyyətlərə münasibət bildirən partiya sədri qeyd edib ki, Eldəniz Quliyev artıq nə etdiyini bilmir: "O, əvvəlcə bəyanat verir, sonra danır. Fikirləşmir ki, işlətdiyi hər bir məntiqsiz sözə görə onu məhkəməyə verə bilərlər. Rüstəm İbrahimbəyov ona "yağlı" vədlər vermişdi, amma indi tək qalıb, ətrafında kimsə yoxdur. Ümumiyyətlə, onu Azərbaycana bağlayan heç bir səbəb qalmayıb. Onsuzda anti-milli işlərlə məşğuldur, bu işləri xaricdə də görsə, pul alacaq".
sia.az