"Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra türk müxalifətinə Müsavat və AXCP-dən gələn dəstək absurd və gülüncdür. Bunların könlündən yenə də gündəmdə qalmaq keçir və gündəmdə qalmaq üçün belə məntiqsiz işlərlə məşğul olurlar". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Türkiyədə keçirilmiş bələdiyyə seçkilərindən sonra Türkiyə müxalifətinin seçkilərin nəticələrinə etirazını bildirməsinə ölkəmizdəki radikal müxalifətdən, xüsusilə AXCP və Müsavatın verdiyi reaksiyaya münasibət bildirərkən söyləyib.Partiya sədri qeyd edib ki, Müsavat və AXCP rəhbərliyi öz şəxsi maraqları xatirinə iş görürlər: "Onlar öz şəxsi maraqları xatirinə iş görən insanlardır. Bu cür yersiz bəyanatların, fikirlərin heç bir mənası yoxdur".
sia.az