"AXCP və Müsavatın Türkiyə müxalifətinə dəstək verərək AKP-nin qələbəsinə etiraz etməsi onların subyektiv fikirləridir. Türkiyədə hakim partiya olan AKP öz mövqeyini qoruya bildi, türk xalqı öz seçimini tam demokratik şəraitdə etdi". Bu fikirləri Türkiyədə keçirilmiş bələdiyyə seçkilərindən sonra qardaş ölkənin müxalifətinin seçkinin nəticələrinə etirazını bildirməsinə ölkəmizdəki radikal müxalifətdən, xüsusilə, AXCP və Müsavatdan gələn dəstəyə münasibət bildirərkən AMİP funksioneri Əli Orucov SİA-ya açıqlamasında deyib. O qeyd edib ki, Türkiyədə hansı partiyanın qələbə qazanacağı əvvəlcədən verilən proqnozlardan da bilinirdi: "Türk xalqı seçimini müstəqil şəkildə etdi. Ola bilər ki, bu seçkidə müəyyən qüsurlar olsun. Çünki seçki ağır və çətin prosesdir. Amma bu xırda qüsurlar ümumi nəticəyə təsir edə bilməz. Bütövlükdə türk xalqının bu seçiminə şübhə ilə yanaşmaq olmaz. Türkiyə müxalifəti də seçkiyə pərakəndə şəkidə getmişdi. AKP-nin qələbəsi xalqın iradəsi idi, bizə də təbrik etmək düşər".
sia.az