"Xaliq Bahadır siyasi səhnədə ciddi qəbul olunmayan siyasətçidir. O, bir-iki illik fəaliyyəti ilə özünü qeyri-ciddi siyasətçilər siyahısına salıb. O, undulanda belə bəyanatlar verir. Mən inanmıram ki, Xaliq Bahadırın təmsil olunduğu partiyanın rəhbərliyi onun Müsavat və İsa Qəmbər haqqında dediyi fikirlərinə şərik olsunlar". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı bildirib.AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın Müsavat Partiyası və İsa Qəmbər haqqında dediyi fikirlərə münasibət bildirən T. Abbaslı qeyd edib ki, Müsavat və AXCP arasında belə lüzumsuz bəyanatları verən şəxslər haqqında partiyadaxili tədbir görülməlidir. Mən onun sözünə cavab vermək istəmirəm. Ona bu dağıdıcı fəaliyyətində uğurlar arzulayıram".
sia.az