"Rusiyanın bu vaxta qədər atdığı addımlara, eləcə də vasitəçi kimi fəaliyyətinə baxanda görürük ki, sülhməramlı dövlət deyil. Rusiya Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana böyük dəstək vermişdi, bu gün Ermənistanı himayə edir, hərbi-iqtisadi yardımlar göstərir və sairə".Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.Rusiyanın sülhməramlı dövlət adı altında ATƏT-in Minsk qrupunda təmsil olunmasına və Qarabağ probleminin sülh yolu ilə həlli prosesində vasitəçi kimi iştirak etməsinə münasibət bildirən E.Mirzəbəyli qeyd edib ki, Rusiyanın heç vaxt ədalətli mövqeyi olmayıb: "Rusiyanın eyni zamanda Gürcüstanın separatçılarını müstəqil dövlət kimi tanıması, onları Gürcüstandan qoparması və nəhayət Krım hadisələri sübut etdi ki, Rusiya ənənəvi siyasətindən əl çəkməyib. Dünyada Rusiya tərəfindən separatizmin qızışdırlması və işğalın dəstəklənməsi kimi faktlar var. Bütün bunlar Rusiyanın BMT Təhlükəsizlik Şurasının Daimi üzvü kimi , həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi obyektiv mövqe tutacağını şübhə altına alır".
sia.az