PDF Oxu

Müxalifət

  • 25

Sərdar Cəlaloğlu: “Fuad Qəhrəmanlını önəmli adam hesab etmirəm”

Sərdar Cəlaloğlu: “Fuad Qəhrəmanlını önəmli adam hesab etmirəm”

"Fuad Qəhrəmanlı bu cür düşünə bilir. Onun nəyi-necə düşünməsi məni maraqlandırmır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının "Sərdar Cəlaloğlu Milli Şuranın fəaliyyətsizliyi haqqında danışdıqda hakimiyyətə jest edib" fikrinə münasibət bildirərkən söyləyib.Sərdar Cəlaloğlu Fuad Qəhrəmanlını AXCP-də önəmli fərd hesab etmədiyini qeyd edib və bildirib ki, o, bir partiya sədri kimi hansısa partiyanın sədrinin fikirlərinə cavab verə bilər: "Mən önəmli və məqsədəuyğun məsələlərlə bağlı hansısa partiya sədrinin fikirlərinə münasibət bildirməyi və cavab verməyi doğru bilirəm. Fuad Qəhrəmanlının fikirləri isə mənim üçün ümumiyyətlə, maraqlı deyil".Xatırladaq ki, son günlər ADP ilə AXCP arasında münasibətlər kəskinləşir. Bir neçə gün öncə, ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranı tənqid atəşinə tutaraq qurumu fəaliyyətsizlikdə ittiham etmişdi. Fuad Qəhrəmanlı isə ADP-ni hakimiyyətə işləməkdə suçlamışdı.

sia.az

Digər xəbərlər