"Azərbaycanda yaşayaraq başqa dövlətdə baş verən prosesləri şərh etmək, onlara "məsləhət", "ağıl" vermək sadəcə gülüncdür". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Əli Kərimlinin Ukrayna siyasilərinə "ağıl dərsi" verməsini dəyərləndirərkən deyib.Partiya sədri deyib ki, Əli Kərimlinin bu hərəkəti "Özünə umac ola bilməyən, başqalarına əriştə kəsir" atalar məsələni xatırladır: "Əli Kərimlinin başçılıq etdiyi partiyanın çoxlu problemləri var. Bu partiyada ciddi islahatlar həyata keçirilməli, demokratizm təmin edilməlidir. Hesab edirəm ki, AXCP bu günün tələbləri səviyyəsində olan partiya deyil. Ona görə də hökmən bu partiyada islahatlar aparılmalıdır. Ə.Kərimli partiya daxili işləri ilə məşğul olmaq əvəzinə, Ukraynada gedən proseslərə müdaxilə etmək, bu ölkənin siyasilərinə "ağıl" öyrətmək siyasi etikadan da kənardır".Qeyd edək ki, AXCP sədrinin Ukrayna müxalifətinə məsləhət verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri AXCP sədrini bu addımına görə tənqid ediblər. Hətta bununla bağlı şəkillər də hazırlanıb.
sia.az