PDF Oxu

Müxalifət

  • 10

Niyaməddin Orduxanlı: “Əli Kərimli ölkə ictimaiyyəti tərəfindən lağ obyektinə çevrildi”

Niyaməddin Orduxanlı: “Əli Kərimli ölkə ictimaiyyəti tərəfindən lağ obyektinə çevrildi”

"Ukrayna hakimiyyətinə məsləhət verməsi Əli Kərimlini sosial şəbəkələrlə yanaşı, cəmiyyətdə də gülünc vəziyyətə saldı. Bəlkə də Əli Kərimli heç vaxt bu qədər gülüş obyektinə çevrilməmişdi". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin Ukrayna hadisələri çərçivəsində bu ölkənin yeni hakimiyyətinə məsləhət verməsinə münasibətini bildirərkən dedi.Onun sözlərinə görə, siyasətlə məşğul olmayan gənclər belə Əli Kərimliyə gülüb: "Hətta internet televiziyası da bu mövzuda veriliş hazırlayaraq bu insanı sözün əsil mənasında doladı. Çünki 20 ildən artıq siyasi arenada olan bir insan özünə gün ağlaya bilmir, amma özgəsinə məsləhət verir. Onun müavini belə utanmadan fikir səsləndirib ki, Əli Kərimlinin məsləhətinə qulaq asmadıqları üçün bu vəziyyətə düşdülər. Həqiqətən də Əli Kərimli ölkə ictimaiyyəti tərəfindən lağ obyektinə çevrilməli idi və çevrildi. Bu adamın verdiyi bəyanatlar hər kəs tərəfindən qeyri-ciddi qarşılanır. Özünə umac ova bilməyən özgəsinə əriştə kəsir. Əli Kərimli ağlına və ağzına gələni danışır".

sia.az

Digər xəbərlər