PDF Oxu

Müxalifət

  • 7

Rauf Arifoğlu, yalandır?

Rauf Arifoğlu, yalandır?

Bəzəkli-düzəkli cümlələrdən istifadə etməyəcəm, baxmayaraq ki, kimlərsə, oxuyub "bu nə cümlələrdir yazır" deyə zəvzəkləyəcək. Elə danışdığım kimi də yazacam, normal adi danışıq tərzində.

Müxalifətin liderləri bir yana qalsın, onların bütün günü "düzlükdən", "ədalətdən" yazan qəzetlərinin çıxartdıqları hoqqaları görüb eşidəndə insanın içində qəribə hisslər baş qaldırır. Nə olsun ki, 20 ildə bir dəfə də olsun bu insanlarda vicdan hissi başını qaldırıb dad-haray çəkməyib. Ya elə olubsa da, dəvəsi ölmüş ərəb kimi, o VİCDANın da təpəsinə yekə bir toppuz vurublar. Keçək mətləbə.

Şəxsən mən, fikirləşirəm ki, Rauf Arifoğlu bu yazını oxumalıdır. Əgər yazdıqlarımın da doğruluğuna sizi əmin edirəmsə, siz də əmin olun ki, əlimizdə kifayət qədər fakt və sübut var. Bir müddət əvvəl Rauf Arifoğlu adını çəkmək istəmədiyim bir bank rəhbəri haqqında tənqidi məqalə yazmışdı, müəllifi özü deyildi. Amma bu yazının da "krişasının" məhz Rauf olduğu açıq-aydın görünürdü. Bank rəhbəri Raufun üstünə elçi göndərib, təkzib vermək üçün və tənqidi məqaləni "Musavat.com" saytından silmək üçün "bazarlıq" təklif edib. Gözünə döndüyüm Rauf nə az-nə çox ölkənin ən nüfuzlu şəxslərindən birinə düz 150 min manat "tas" oxuyub. Uzun söz-söhbətdən sonra 120 min manatla işlər qaydasına qoyulub, həmin şəxs və bank haqqındakı tənqidi məqalə də silinib, üstəgəl təkzib də verilib. Rauf Arifoğlu, yalandırmı?

Şoumen Kamran Həsənlidən 25 min manat alan "Bizim dövr" qəzetinin onu hansı formada və nə ilə şantaj eləyib bu pulu ondan aldığını yazmayacam. Amma bunu deyiriksə, deməli, əlimizdə sübutlar var. Hələ onu da dəqiq bilirik ki, K.Həsənli bu pulu verəndə özü də həmin şəxsləri lentə aldırıb ki, şantaj materialının gələcəkdə yayımlanmayacağına tam əmin olsun.

"Yeni Müsavat" qəzetində konkret şəxslər var ki, R.Arifoğlunun fırıldaqları ilə bağlı danışıqlar aparır. Onlar əvvəlcə özlərinə "əlçatmaz" göstərir, daha sonra isə, bu variantla "tası" qaldırırlar. Mən rayonların və həmin rayona başçılıq edən şəxslərin adını çəkə bilərəm ki, məhz Raufun qərəzli tənqidindən uzaq olsun deyə, "Yeni Müsavat" qəzetinə aylıq pul köçürür. Özü də bu pulu bir gün belə gecikdirə bilməz.

Rauf Arifoğlu, başçılıq etdiyin qəzetin səhifələrini varaqladıqca Müsavatı tanımayan adama elə gəlir ki, bu yazıları yazan ya Xızır Peyğəmbərdir, ya da İsa Məsih (Əstəğfürullah). Cin görkəmində mətləbdən yazırsan, amma naşı oxucunun üzünə vedrə-vedrə "nur" səpirsən. Ancaq səni və partiyadaşlarını tanıyanlar bilir ki, sən "mədəni şantaj"la məşğulsan və xırda pullarla da əl bulamırsan. Necə deyərlər, daha böyük işlərlə məşğulsan. Eşitmişəm ki, indi də Masallıda tikinti işləri ilə məşğul olan "Elnur-2" MMC haqqında ağzına gələni yazıb pul almaq istəyirsən? Nə olar ki, al, səni başa düşmək olar. O zaman heç olmasa, ağzından "kişilik", "mərdlik", "vicdan" fışqıran köçə yazarlarının, eləcə də, kanalizasiya suyundan kompot düzəldən reportyorlarının qələmində azacıq düzəliş elə. Onlara xəbər elə və özün də bu vicdan məsələsində bir az ehtiyatlı ol.

Necə deyərlər, "kimdə nə yoxdursa, ondan danışır" prinsipinə riayət eləmə.

Samir

Digər xəbərlər