Samir Əsədli: "Potensial namizəd Sabir Rüstəmxanlıdır"
Vətəndaş Həmrəliyi Partiyasında (VHP) qurultaya hazırlıq işləri aparılarkən, partiya sədri Sabir Rüstəmxanlı yenidən sədrlik postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib. VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qurultaya hazırlıq və namizədlərlə bağlı SİA-ya açıqlamasında bildirib ki, partiyada qurultaya hazırlıq işləri ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb və hələlik heç kim sədrlik postuna öz namizədliyini irəli sürməyib.Kimlərin ən çox potensial namziəd ola biləcəyi sualını da cavablandıran Samir Əsədli açıqlamasında bildirib ki, hələlik, VHP-nin qurultayında ən potensial namziəd kimi sədr Sabir Rüstəmxanlı görünür: "Hazırda potensial namizədimiz Sabir bəydir, digərləri barədə isə heçbir söz deyə bilmərəm. Çünki bu barədə rəsmi müraciət edən yoxdur".Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı Samir Əsədlidən fərqli olaraq bildirmişdi ki, onun yenidən partiyaya sədrlik etmək iddiası yoxdur. O, eyni zamanda 2015-ci ildə parlamentə keçiriləcək seçkilərdə də qatılmayacağını istisna etməmişdi.
sia.az