PDF Oxu

Müxalifət

  • 12

Akif Nağı: “Leyla Yunus açıq şəkildə ermənilərlə təmasları təbliğ edir”

Akif Nağı: “Leyla Yunus açıq şəkildə ermənilərlə təmasları təbliğ edir”

"Leya Yunusun ermənilərlə sıx əməkdaşlıq etməsi cəmiyyət tərəfindən hər zaman ciddi narazılıq doğurub". Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Rauf Mirqədirovun həbsi ilə bağlı Sülh və Demokratiya İnstitunun Bakı ofisinin rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun əslində onun özünün həbs olunmalı olduğuna münasibətini açıqlayarkən deyib.Təşkilat rəhbəri onu da xatırladıb ki, vaxtilə onlar Leyla Yunusun bu kimi addımlarına etiraz ediblər: "Təxminən bir il əvvəl onun ermənilərlə birlikdə yaratdığı internet televizyaya qarşı Qarabağ Azadlıq Təşkilatı öz etirazını bildirdi. Bu baxımdan, ermənilərlə əməkdaşlığa qarşı hər zaman mövqeyimizi bildiririk. Leyla Yunus açıq şəkildə ermənilərlə təmasları təbliğ edir. Bu isə Azərbaycan vətəndaşına yaraşmayan addımdır".Rauf Mirqədirovun ermənilərlə alternativ və müstəqil münasibətlərdə olduğunu deyən Akif Nağı onu da bildirib ki, Leyla Yunusun bu məsələni açıq-aşkar bəyan etməsi utancvericidir: "Ermənilərlə əməkdaşlığı bütün hallarda üstün tutaraq, hətta onlara görə həbsə belə getməyə hazır olduqlarını bəyan etmək sadəcə, annormallıqdır. Belə çıxır ki, bunların öz maraqları dövlət maraqlarından üstündür. Cəmiyyətdə belə bir tendesiya formalaşıb ki, guya Rauf Mirqədirov heç bir günahı olmadan həbs edilib. Hesab edirəm ki, Leyla Yunusun əlində bu insanın günahsız olduğu ilə bağlı hər hansı bir fakt yoxdursa belə fikirlə çıxış etməmək səviyyəsizlikdir. Düşünürəm ki, cəmiyyətdə bu qeyri-müəyyənliyə son qoyulmalıdır".

sia.az

Digər xəbərlər