PDF Oxu

Müxalifət

  • 13

“Sol cəbhə”də GƏRGİNLİK

“Sol cəbhə”də GƏRGİNLİK

Araz Əlizadə: "Rauf Qurbanov heçdir"

"Mən heçə heç bir cavab verməyəcəyəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun onu şou-biznes nümayəndəsinə bənzətməsinə və burjuaçılıqda ittiham etməsinə münasibətini açıqlayarkən deyib. ASDP sədri bildirib ki, belə fərdlərin açıqlamalarına münasibət bildirmək onların sözlərini ciddiyə almaq deməkdir: "Bu adam heç kimdir. Ona görə də, hər hansı bir sözünə cavab verməyəcəyəm".Qeyd edək ki, AKP sədri Rauf Qurbanov Araz Əlizadənin 1 mayın kommunistlərə aid olmamasına münasibətində mətbuata açıqlamasında onu da bildirmişdi ki, Araz Əlizadə respublikada yeganə sol özünü hesab edir və bu fikrində ciddi yanlışlığa yol verir.

sia.az

Digər xəbərlər